Maraqlı

“Twitter”də yenilik: Artıq iki saatlıq videoları yükləmək mümkün oldu - FOTO

19 May 2023 14:04
Baxış: 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Twitter Blue" abunəsi olan təsdiqlənmiş hesab sahibləri artıq sosial şəbəkəyə iki saata qədər video yükləyə bilərlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Twitter"in sahibi İlon Mask məlumat verib.

O, qeyd edib ki, videoların maksimal həcmi 8 giqabayt ola bilər.

Xatırladaq ki, "Twitter Blue" abunəliyi istifadəçilərə hesabları üçün mavi işarə almağa imkan verir ki, bu da səhifələrin həqiqiliyini göstərir. Abunəçilər daha az reklam görəcək, daha uzun videolar yerləşdirəcək və yeni funksiyalara erkən giriş əldə edəcəklər. Bundan əlavə, "Twitter Blue" hesabları axtarışlarda, qeydlərdə və şərh siyahılarında daha yüksəkdə görünəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.