Maraqlı

“Whatsapp” tətbiqi vasitəsilə bonus qazanmaq adı ilə mesajlar göndərilir - DİQQƏTLİ OLUN!

17 May 2023 19:21
Baxış: 1 907
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Whatsapp" tətbiqi vasitəsilə vətəndaşlara iş tapmağı və 10 azn bonus qazanmağı vəd edən mesajlar göndərilir.

Milli.Az Trend-ə istinadən Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, vətəndaşlara belə vədlərə etimad etməməyi, bu kimi mesajların tərkibindəki qeyd olunan veb ünvanlara daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.