Maraqlı

Rusiyaya “Viaqra” idxalı dayandırıldı - Kişilər etiraz edir

18 Fevral 2023 23:05
Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika şirkəti Viatris Rusiyaya ereksiya gücləndirici dərman "Viaqra"nın gətirilməsini dayandırıb.

Bakupost.az xəbər verir ki, şirkət rəhbəri Rusiya bazarına sözügedən tabletlərin çıxarılmasının dayandırılması barədə qərar açıqlayıb.

Bu barədə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi məlumat verib.
Bununla belə molekul adı Sildenafilin Rusiyada istehsalı üçün hər cür imkanlar var və qurumlar bu barədə qərar verəcək

"Hazırda sildenafil tərkibli preparatın istehsalı üçün bütün texnoloji imkanlara malikik. Bununla bağlı 35 farmakoloji substansiyanın 8-i bu istehsalı üzərinə götürə bilər" - deyə nazirlik rəsmisi bildirib.

Fevralın 5-də Hantinqton tibbi mərkəzi Viaqra qəbulunun kişilər arasında ürək-damar problemlərindən erkən ölüm riskini xeyli azaltdığını bildirmişdi.

Rusiyada kişilər "Viaqra"nın yoxa çıxacağı ilə bağlı xəbərlərə sərt reaksiya verib və bunu Rusiyanın faciəsi adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.