Maraqlı

Gözə çay paketi qoymaq olarmı?

16 Fevral 2023 23:25
Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oftalmoloq və teleaparıcı Mixail Konovalov konyunktivitin müalicəsi ilə bağlı üsulun faydasız olduğunu deyib.

"Medicina" xəbər verir ki, həkim efirdə gözə çay paketləri qoymaqla kompreslər və bal damızdırmaqla edilən müalicələrin ümumi göz xəstəliyindən qurtulmağa kömək etmədiyini bildirib.

O, çay paketi kompreslərinin nəinki konyunktiviti sağaltmayacağını, əksinə zərərli ola biləcəyini deyib: "Göz qapağına isti çay paketi qoysaq, əksinə isti mühit bakteriyaların çoxalmasına şərait yaradacaq".

Həkim əlavə edib ki, əgər insan açıq gözünün üstünə çay paketi qoysa, o zaman buynuz qişanın eroziyası yaranır.

M.Konovalov konyunktivitin müalicəsi üçün başqa bir təsirsiz və təhlükəli üsulun gözə bal damızdırmaq olduğunu bildirib: "Bal bakteriyalar üçün çoxalma yeridir, bəzi insanlarda allergik reaksiya yarada bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.