Maraqlı

Sakitləşdirici ot dəmləmələri. RESEPTLƏR

16 Fevral 2023 22:15
Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir insanın həyatı stress və həyəcanla doludur. Xroniki stress çox ziyanlıdır. Belə stress sinir, ürək-damar, immun, endokrin sistemlərinə çox ciddi ziyan vurur.

Məhz bu səbəbdən bir çox xəstəliklərin risk faktorları arasında həkimlər xroniki stresi xüsusilə vurğulayırlar.

Xalq təbabəti streslə mübarizədə bizə bir çox vasitələr təqdim edir. Bu vasitələr arasında sakitləşdirici ot dəmləmələri əsas yer tutur.

Saglamolun.az sizə bu dəmləmələrin reseptlərini təqdim edirik:

- 1 çay qaşığı pişikotu kokü, 1 çay qaşığı quru nanə, 1 çay qaşığı mayaotu toxumu 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla içilir. Dəmləməyə bal əlavə etmək olar. Bal da sakitləşdirici təsirə malikdir.

- 1 çay qaşığı şüyüd toxumu, 1 çay qaşığı zirə, bıçağın ucunda darçın 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.

- 1 çay qaşığı çobanyastığı, 1 çay qaşığı melissa, 2-3 dənə mixək 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gündə 3 dəfə qəbul edin.

- 1 xörək qaşığı yemişan, 1 portağalın qabıqları, bıçağın ucunda zəncəfil tozu termosda 1/2 l qaynar suda axşamdan dəmlənilir, səhər süzülür və gün ərzində içilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.