Maraqlı

Bu ölkədə pedofillər axtalanacaq - Yeni qanun

26 Yanvar 2023 22:25
Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz cinayəti törədən şəxsin kastrasiya edilməsini nəzərdə tutan qanun təklifi qəbul edilib.
"Medicina" xəbər verir ki, Qırğızıstan Milli Məclisinin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və Milli Məclisin Daxili Nizamnaməsi komitəsində "cinsi zorakılığa" görə cəzaların artırılmasını nəzərdə tutan Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə və Cəza İcrası haqqında qanuna dəyişiklikləri nəzərdə tutan qanun müzakirə edilib.

Deputat Ulan Bakasovun hazırlayıb təqdim etdiyi qanun layihəsi parlamentin sözügedən komitəsində qəbul edilib.

Ölkənin məhkəmə sistemində cəzaların azaldılması tendensiyası olduğuna diqqət çəkən Bakasov qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarın qarşısının alınması üçün cəzaların ağırlaşdırılmasını nəzərdə tutduğunu bildirib.

Bakasov uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq (zorlama) törətməkdə təqsirli bilinən məhkumlara verilən cəzanın 20 ilədək artırılmasını və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, məhbusun azadlığa çıxmasına 6 ay qalmış axtalanmasını təklif edib.

Təklif Assambleyanın Baş Assambleyasında müzakirə edildikdən sonra təsdiq olunarsa, qanuna çevriləcək. /publika.az/

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.