Maraqlı

Rəcəb sözünün mənası nədir?

4 Fevral 2023 22:50
Baxış: 2 533
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəcəb ayı hicri-qəməri ilinin yeddinci ayıdır. Ondan öncə camuids-saniyə sonra isə şaban ayıdır.

Rəcəb ayı islamdan öncə də cahil ərəblər tərəfindən belə müqəddəs hesab edilirdi.

Digər 3 ay da daxil olmaqla Hicazdakı ərəb tayfaları onu haram (hörmətli) ay bilər və o zamanda müharibə etməzdilər.

Qurana görə bəzən qəbilələr müharibə etmək məcburiyyətində qalanda haram ayların yerini dəyişdirərdilər.

Lakin Mudir qəbiləsi rəcəbi çox ehtiram etdiklərindən nə olursa olsun o ayda müharibəyə getməzdilər. Qədim ərəblər bəzən rəcəbin bu qəbiləyə aid olduğunu deyirlər.

Hərfi mənasına görə rəcəb təzim etmək, həya etmək, çəkinmək mənası daşıyır. Rəcəb, ərəb dilində "Rəcbun-Rəcəbə-Yərcubu" mənşəli sözdür.

İnsan müəyyən bir məsələdə həya edib çəkinərək və ya qorxaraq təzim edirsə bu "rəcbun" adlanır. Görünür ayın rəcəb adlandırılması da Hicazdakı qəbilələrin ona olan ehtiramından irəli gəlir.

Elə islam dini də ərəblərin haram ayları ilə bağlı adətini təsdiqləyir və o aydakı ibadətlər barədə saysız hesabsız hədislər buyurulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.