Maraqlı

Limonun üstünə duz, istiot səpib yeyin – 9 xəstəliyə kömək edir

1 Yanvar 2023 22:05
Baxış: 1 402
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Limon diliminin üzərinə qara istiot, dəniz duzu səpib, sonra istifadə etsəniz, daha çox fayda əldə edə bilərsiz.

Medicina.az bu üsulun sağalda biləcəyi xəstəlikləri təqdim edir:

Boğaz ağrısı, angina - limon suyu, istiot, dəniz duzunun hərəsindən bir çay qaşığı bir stəkan isti suda həll edib, boğaza kompres və qarqara olunur.

Burun tutulması, haymorit - buruna damcı olunur və bu qarışımın qoxusu gün ərzində tez-tez buruna çəkilir.

Öd yolları durğunluğu və öd daşlarında - yarım limon, 2 xörək qaşığı zeytun yağı, duz, istiot qarışdırılıb, qəbul olunur.

Astma tutmaları - 10 ədəd dənəvər qara istiot, 2 mixək, 15 reyhan yarpağı bir stəkan qaynar suda qarışdılıb, 15 dəqiqə qaynadılır, sonra süzülüb bankaya yığılır. Soyuducuda saxlanılır. Bir stəkan isti südə 2 xörək qaşığı qatılıb içilir.

Diş ağrısı, iltihabı, stomatit - limon suyu, dəniz duzu və qara istiotdan isti suda həll edib, hər yemək qəbulundan sonra ağızı yaxalamaq.

Soyuqlama və qrip: qaynar suda limonun lətli hissəsi əzilir, bura 1 çay qaşığı istiot və bir çay qaşığı duz qatılıb, içilir.

Ürəkbulanma və toksikozda - limon diliminin üzərinə duz səpib, sovrulur.

Bu metod yüksək təzyiq və şəkər xəstələri üçün də vacibdir. Amma bu xəstələr duzun miqdarını az etsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.