Qırılmaz ipdən yapışanların məqamı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərimin "Bəqərə" surəsinin 256-cı ayəsində, yəni "Ayətəl-kürsü"də oxuyuruq:
فَمَنْ يَكْفُرْ بِالطّاغُوتِ وَ يُؤْمِنْ بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقى
"Hər kəs tağutu (şeytanı, zülmü, zalımı) inkar edib Allaha iman gətirərsə qırılmaz ipdən yapışıb."
"Loğman" surəsinin 22-ci ayəsində də belə buyurulur:
مَنْ يُسْلِمْ وَجْهَهُ إِلَى اللّهِ وَ هُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقى
"Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o, artıq ən möhkəm ipdən yapışmışdır."
Dilimizə "qırılmaz, möhkəm ip" kimi tərcümə olunan söz Quranda "urvətul-vusqa" kimi ifadə olunmuşdur. Burada maraqlı bir nöqtə vardır. İnsan nə zaman yapışmaq üçün bir şeyə əl atır? Adi halda olan insan buna cəhd edirmi? Sözsüz ki, yalnız yıxılmaq, yuvarlanmaq təhlükəsi ilə üzləşmiş insan nədənsə yapışıb özünü xilas etmək istəyir.
Quran həmin ifadəni işlətməklə insanların nəzərinə çatdırır ki, onlar daim süqut etmək təhlükəsi ilə üzbəüzdürlər. Ey insan, sən yerlə göy arasında təhlükədə qaldığın an ayaqların altında odla dolu cəhənnəm adlı bir dərə ağzını açmışdır. Bu əbədi oddan qurtulmaq üçün sənin bircə çıxış yolun var: Allahın "qırılmaz ipindən" yapışmaq!
Yalnız özünü daim təhlükədə bilən və çıxış yolunu Allaha üz tutmaqda görən insan Allaha təslim ola bilər. Məhz bu məqamda insan aciz bir halda yalvarır: Allahım, məni qoru!...
Təbii ki, qeyd olunmuş halda olan insan öz əməllərinə diqqətli olacaqdır.
"Ürvətül-vusqa"nın oxşarı olan digər bir Quran ifadəsi də vardır: "İtəsimu bihəblillah". Bu ifadə ilə "Ali-İmran" surəsinin 103-cü ayəsində rastlaşırıq:
وَ اعْتَصِمُوا بِحَبْلِ اللّهِ جَمِيعاً
"Hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın."
"İtisam" "yapışmaq" kimi tərcümə olunsa da, əslində "sığınmaq", "pənah aparmaq" mənasını verir. İnsan dünya və axirət çətinliklərindən qurtarmaq üçün yalnız Allahdan kömək ala bilər. Bu ehtiyacı anlayan insan Allahın ətəyindən yapışacaqdır.
Şeytan yalnız Allahı unutmuş insana yol tapır. Özünü təhlükədə hiss edən insan isə Allahı unuda bilməz. Daim bu düşüncədə olan insan İslamda xüsusi qeyd olunan "yəqin" məqamına çatır. Əbədi cəhənnəmin mövcudluğuna yəqini olan insan çıxış yolunu Allaha pənah aparmaqda görür. Yəqinə çatmış insanın qəlbi imanla dolu, əməlləri saleh olur. Qurani-Kərimin "Ali-İmran" surəsinin 101-ci ayəsində buyurulur:
مَنْ يَعْتَصِمْ بِاللّهِ فَقَدْ هُدِيَ إِلى صِراط مُسْتَقِيم
"...Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir."
Ya Rəbb, belə bir ali məqama çatmaq üçün bizə kömək ol! ("Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri", Ayətullah Misbah Yəzdi, 16-cı dərs, səh.180-181.)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
XƏBƏR LENTİ
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)





