Maraqlı

Kiçik emalatxananı nəhəng ticarət şəbəkəsinə çevirən biznesmen - FOTO

27 Noyabr 2022 22:04
Baxış: 974

"Trussardi" dəri məmulatları istehsalında yüksək keyfiyyəti ilə bütün dünyada tanınan italyan brendidir. Və bu, təəccüblü deyil, onun tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. "Trussardi" əvvəllər əlcək hazırlayan kiçik bir emalatxana idi, zaman keçdikcə ətir, çanta, ayaqqabı və.s istehsalı ilə məşğul olan məşhur brendə çevrildi. Brendin bütün əşyaları bu günə qədər dinamikliyi, üslubu və təbiiliyi ilə seçilməyi bacarır.

Milli.Az oxucuları "Trussardi" moda evinin uğur hekayəsi ilə tanış edir.

Günəşli İtaliya təkcə möhtəşəm üzüm bağları və isti çimərlikləri ilə tanınmır. İtaliyanın şimalında yerləşən Alp dağları Avropanın ən yüksək və ən uzun dağ silsiləsidir. Zəngin insanlar, əsasən də məşhurlar Avropanın ən məşhur xizək kurortlarında dincəlmək üçün hər il ora gedirlər. Və əfsanəvi "Trussardi" brendinin tarixi məhz orada başlayıb. 1910-cu ildə İtaliyanın Alp dağlarının ətəyində yerləşən Berqamo şəhərində Dante Trussardi adlı bir şəxs xizəkçilər üçün dəri əlcəklərin satışı və bərpası ilə məşğul olan kiçik bir emalatxana açmışdı. Təbii ki, o zaman gənc olan Dantenin seçdiyi yol yeni deyildi, bu məsələdə rəqabət kifayət qədər böyük idi. Dante Trussardi anlayırdı ki, ilk növbədə məhsullarını yaratdığı materialın keyfiyyəti üzərində işləmək lazımdır. O, bir çox məsələdə rəqiblərini geridə qoya bilmişdi. O zaman müştərilər də qeyd edirdilər ki, dəri məmulatlarının keyfiyyətinə söz ola bilməz. Dante ömrünün son günlərinə qədər - düz 60 il ərzində şirkətə uğurla rəhbərlik edib.

Onun ölümündən sonra, ötən əsrin 70-ci ilində Nikola adlı qardaşı oğlu əmisinin işini davam etdirməyə başladı. Brend etibarlı əllərdə idi, yeni sahibi həm universitetlərdən birində iqtisadiyyat üzrə təhsil almışdı. Həm də iddialı və enerjili Nikola istehsalın artırılmasına və məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi. Dəri emalının ən yaxşı üsullarını hərtərəfli öyrənməklə məşğul olan iqtisadçı hər şeydən əvvəl bu sahədəki bütün müasir texnologiyalardan xəbərdar olmağa çalışırdı.

3 ildən sonra "Trussardi" məhsullarında marka etiketi və nişanı peyda oldu. Zolaqlı qalstuk taxmış tazı iti bu günə qədər moda evinin dəyişməz simvolu olaraq qalır. Loqo moda dünyasında keyfiyyət və zəriflik nişanəsi hesab olunur. Çox keçmədən brend əlcək istehsalı ilə yanaşı, ayaqqabı, çanta və digər dəri məhsulların istehsalına başladı.

Qeyd etmək lazımdır ki, çoxfunksiyalı əl və bel çantalarının bəzi modellərinin patenti Nikolaya məxsusdur. Bu modellərin orijinallığı ondan ibarət idi ki, kosmetika, pul kisəsi və digər xırda əşyalara əlavə olaraq noutbuklar, kitablar və s. əşyalarınızı ona rahat şəkildə yerləşdirə bilirdiniz.

Məhsulların hazırlanmasında materialların diqqətlə seçilməsi, yalnız ən dəbdəbəli parçalardan istifadə edilməsi və istehsalda ən kiçik detallara diqqət yetirilməsi şirkətin başlıca fərqləndirici xüsusiyyətidir. Tezliklə "Trussardi" çeşidlərinə kəmərlər, çətir və geyim xətti də əlavə olundu. Daha sonra brendin adı mebel dizaynı, velosiped, telefon, avtomobil, hətta gəmi və təyyarə salonundakı interyer layihələrində çəkilməyə başladı.

Şirkətin qurucusunun qardaşı oğlu qısa bir zamanda həqiqətən də inanılmaz uğurlar qazandı. Mükəmməlliyə və sənətə olan sevgisi sayəsində Nikola kiçik bir emalatxananı dünya ticarət şəbəkəsinə çevirə bildi.

Energetik və istedadlı sahibkar

Nikola çoxlu maraqları olan aktiv bir insan olub. Yeri gəlmişkən, məhz onun təşəbbüsü ilə Milanın yaxınlığında Palatrussardi adlı konsert zalı tikilib. Yerli tamaşaçılar Liza Minnelli, Frank Sinatra kimi ulduzları və bir çox digər görkəmli şəxsiyyətləri bu zalın səhnəsində görüblər.

Brendin sahibi müxtəlif insanlar üçün onların həyat tərzinə uyğun məhsullar hazırlamağı xoşlayırdı. Beləliklə, 83-cü ildə dünya şöhrətli brend Duomo Meydanı və La Skala teatrlarında çıxış edən opera tamaşalarının ulduzları üçün paltarlar istehsal etməyə başladı. Nikola Trussardi özü də müxtəlif skeçlərdə iştirak etməyə və şəxsən teatrlar üçün layihələr hazırlamağa qarşı deyildi, onun məşhur rejissorlarla yaxşı dostluq münasibətləri var idi. Məsələn, Robert Altmanın "High Fashion" əsərində özü də rol alıb. Maraqlıdır ki, filmdə canlandırdığı obraz ona həsr olunub.

Nikolanın fəaliyyəti İtaliya hakimiyyəti tərəfindən layiqincə qiymətləndirilib və 1987-ci ildə dövlət başçısı fəxri Böyük Xaç ordenini təqdim edib. Bir il sonra Seul Olimpiadasının iştirakçıları stadiona "Trussardi" brendi adı altında idman geyimində çıxıblar.

Ətriyyat

Nikolanın istedadı sərhədsiz idi. Bir-birinin ardınca böyük işlərə ikza atan dizayner 1980-ci ildə klassik, sonra isə gənclər üçün ətir istehsalına başlamaq qərarına gəldi. 1991-ci ildə brendin "Fragrance Foundation" ətri mükafata layiq görüldü. Lakin parfümeriya sahəsindəki uğurlar bununla bitmədi, 2 ildən sonra iş qadınları üçün "Donna Trussardi"ni buraxmaqla brend ətir kolleksiyasını daha da genişləndirdi.

Miras

Nikola 1999-cu ildə 56 yaşında yeni idman avtomobili ilə evə qayıdarkən keçirdiyi qəzada vəfat etdi. Bu xəbər modelyerin bütün pərəstişkarlarını sarsıtdı. Lakin o, hələ sağlığında həyat yoldaşı Mariyanı şirkətin kreativ direktoru vəzifəsinə təyin etmişdi. Sonra onun övladları Beatris və Françesko şirkətin idarəçiliyini öz üzərinə götürdülər. Mari-Luiza bütün məsələlərdə əsas köməkçi və məsləhətçi oldu. Övladları da atalarının biznesini yarı yolda qoymadı, üstəlik onu inkişaf etdirməyə müvəffəq oldular, yeni kolleksiyalar öz möhtəşəmliyi ilə moda dünyasını şoka salmışdı. Beləliklə, brendin yeni, unikal üslubu meydana gəldi, həm də gəlirlərini artdı.

Təəssüf ki, moda dünyası daha bir ölüm xəbəri ilə sarsıldı. 2003-cü ildə atasının taleyini yaşayan oğul avtomobil qəzasında öldü. Əlbəttə ki, Beatris üçün ard-arda həm atasını, həm də qardaşı Françeskonu itirmək ağır dərd idi. Lakin Beatris qardaşı Tomazo ilə birlikdə işləməyə davam etdi. Onlar ailə biznesini çökməyə qoymadılar. Beatrisin hazırladığı yeni kolleksiyasının nümayişini böyük uğurla keçsə də, yasda olduğu üçün sonda podiuma çıxmaqdan imtina etmişdi.

Bu gün o, "Trussardi"nin yeganə prezidentidir, atasının və qardaşının xatirəsini yaşatmağa davam edir. Beatris "Trussardi" şirkətə inamla rəhbərlik edir. Brend öz fəlsəfəsinə hələ də sadiqdir, sarsılmaz klassika və keyfiyyət öz sözünü deməyə davam edir. Bu keyfiyyət sadəcə İtaliyada deyil, bütün dünyada tanınır. Zəngin tarixə və əfsanəvi ənənəyə malik əsl yüksək keyfiyyətli italyan brendinin pərəstişkarları arasında Hollivud ulduzlarını milas çəkmək olar. (publika)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

İllik 12,99%-dən 40 000 manatadək zaminsiz komissiyasız kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics