Maraqlı

Qəhvəni günün hansı saatında içmək daha xeyirlidir?

3 Dekabr 2022 07:11
Baxış: 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəhvəni nə vaxt içməli: yeməkdən əvvəl, yoxsa sonra?

"Medicina" xəbər verir ki, nutrisoloq Anna Makarova qəhvənin yeməklə əlaqədar elə də ciddi qadağası yoxdur.
"Bu sağlam insan üçün nəzərdə tutulub. Amma yüksək turşuluğu, reflüksü, mədə xəstəliyi və qıcıqlanmış bağırsaq sindromu olan insanlara səhər acqarına və ya gündüz acqarına qəhvə,xüsusən ekspresso içmək qadağandır.

Qəhvəni sağlamlığa zərər vermədən içmək üçün təhlükəsizlik qaydaları:

- Gündə 3 fincandan artıq olmasın
- Acqarına, boş mədəyə və səhər yeməyi əvəzinə içməyin
- Alkoqolla birgə içməyin

- Yuxudan 4-5 saat əvvələ kimi qəhvə içilməsi dayandırılmalıdır
- Təzyiqi və aritmiyası olanlarda bunları artıra bilər
- Optimal ideal vaxtı səhər yeməyi ilə günorta 3-ə kimi olan müddətdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.