Maraqlı

Brüs Linin ölüm səbəbi açıqlandı

19 Noyabr 2022 14:24
Baxış: 3 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspan alimləri aktyor və döyüş ustası Brüs Linin ölümünə səbəb kimi çoxlu su içməyi göstəriblər.

Milli.Az bildirir ki, müvafiq araşdırma "Clinical Kidney Journal"da dərc olunub.

Mütəxəssislər ulduzun vərdişlərini, qohumlarının ifadələrini və yarılma nəticələrini təhlil ediblər - ölümün beyin şişi ilə bağlı olduğunu göstəriblər. Madrid Muxtar Universitetindən Prissilla Vilyalvasonun rəhbərlik etdiyi alimlər hesab ediblər ki, bu, hiponatriyemiya - orqanizmdə mayenin tutulması ilə bağlı olub, bu da qanda natriumun miqdarının kəskin şəkildə kritik səviyyəyə enməsinə gətirib çıxarır. Bu vəziyyət xəstəliklər və ya çoxlu içkilər səbəbindən baş verə bilər.

Alimlər qeyd ediblər ki, Li marixuanadan istifadə edib və bu, susuzluğun artmasına səbəb ola bilərdi. Mütəxəssislərin fikrincə, bundan əlavə, reseptlə verilən dərmanlar, kəskin böyrək çatışmazlığı və ağır fiziki fəaliyyət mayenin bədəndən çıxarılmasına mane olub.

Brüs Li 20 iyul 1973-cü ildə Honq-Konqda vəfat edib. Versiyalardan birinə görə, onun "Ekvadjestik" dərmanını qəbul etməsi beyin şişinə və ölümünə səbəb olub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.