Maraqlı

Şəkərli diabetin TƏHLÜKƏLİ əlamətləri

20 Noyabr 2022 21:35
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkərli diabetin erkən mərhələsində bir insan daimi susuzluq hiss edə bilər, bədən qanda miqyasdan çıxan şəkəri "seyreltməyə" çalışır. Qəfil görmə problemləri də yüksək qlükoza səviyyəsini göstərir.

İnsanların tez-tez diqqət etmədiyi diabetin inkişafının təhlükəli əlamətlərini diyetoloq Yelena Solomatina "Moskva 24"-ə müsahibəsində sadalayıb.

"Qan şəkəri ölçüdən düşdükdə qan damarları, xüsusən də gözlərdə yerləşən kiçik damarlar çox əziyyət çəkir. Diabetik retinopatiya var (torlu qişanın damarlarında patoloji dəyişiklikləri). Görmə pisləşə, bəzən hətta korluğa çevrilə bilər", - diyetoloq qeyd edib.

Onun sözlərinə görə, şəkərli diabet zamanı dəri həddindən artıq quruyur, bədən qoxusu dəyişir, göbələk infeksiyaları insanı tez-tez narahat edir, bədəndəki kiçik yaralar belə uzun müddət sağalmır./publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.