Maraqlı

İnsanın maaşının az olması bu xəstəliklərə səbəb olur

26 Noyabr 2022 21:45
Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yuta universitetinin alimləri insanın gəlirinin depressiya, qocalıqda isə demensiya ilə əlaqəsini araşdırıb.

"Medicina" xəbər verir ki, tədqiqatda 498 min insan iştirak edib.

Alimlərin onları yaşı, sosial durumu, təhsili və maaşını nəzərə alıb. Onlar əhvalları, hissləri, depressiya ilə bağlı anketi doldurublar.
Məlum olub ki, depressiv simptomlar həm yüksək, həm az gəliri olanlarda eynidir. Yaxşı maaş alanlar da tez-tez depressiv ola bilir.

Stabil orta gəliri olanlarda isə daha az depressiv simptomlar yaşanıb.
Depressiya isə gələcəkdə demensiyaya səbəb ola bilir.

Ona görə də alimlər həkimləri yaxşı və az maaş alan insanlara diqqətli olmağa və bu insanların vaxtaşırı psixi problemlərə görə skrininqinin vacibliyinə çağırıb.

Siyasətçilər ölkənin kasıb sinfinə daha çox diqqət ayırmalıdır. Çünki bu kateroqiyanın gələcəkdə daha çox psixi və əqli problemi ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.