Maraqlı

87 dəfə evlənən kişi 86-cı arvadı ilə yenidən ailə qurur

7 Noyabr 2022 17:56
Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Mayalenqka şəhərindən olan fermer 87 dəfə fərqli qadınlarla evlənib və keçmiş arvadlarından biri ilə yenidən evlənmək qərarına gəlib.

Milli.Az bildirir ki, bu barədə "Malay Mail" məlumat yayıb.

Kaan kimi tanınan 61 yaşlı kişi 88-ci gəlininin 86-cı keçmiş həyat yoldaşı olduğunu bildirib. Evlilik macəralarına görə "Playboy King" ləqəbini alan kişi qadının ona qayıtmaq qərarına müqavimət göstərə bilmədiyini açıqlayıb. İndoneziyalı bildirib ki, ilk dəfə evlilikləri cəmi bir ay davam etsə də, gəlin hələ də ona aşiqdir. "Çoxdan ayrılsaq da, aramızda olan sevgi hələ də güclüdür", - fermer deyib.

İlk dəfə kişi 14 yaşında evlənib. Həyat yoldaşı ondan iki yaş böyük olub. "Sonra mənim pis münasibətimə görə arvadım iki illik evlilikdən sonra boşanma tələb etdi", - o deyib. Kişi, arvadın niyə boşanmaq üçün müraciət etdiyini açıqlamayıb.

"Mən qadınları incitmək istəmirəm. Mən onların emosiyaları ilə oynamaqdan imtina edirəm. Əxlaqsızlığa yol verməkdənsə, onlarla evlənməyi üstün tuturam", - deyə indoneziyalı vurğulayıb

Kaanın 87 evliliyində neçə uşağı olduğu bilinmir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.