Pəhriz proqramına daxil edilən ananas maddələr mübadiləsinin işini sürətləndirir və çəki atmanı asanlaşdırır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, mədə-bağırsağın fəaliyyətini yaxşılaşdıran və artıq çəkiyə sahib olan yağları yandıran bu meyvədən istifadə edərək arıqlamaq mümkündür. 5 gün ərzində aşağıdakı proqrama uyğun qida qəbul etsəniz nəticə görə bilərsiniz.
Səhər
2 və ya 3 dilim təzə ananas, qatıq, yulaf
Qəlyanaltı
1 stəkan şəkərsiz ananas suyu, 1 dilim qızardılmış çovdar çörəyi, 1 qaynadılmış yumurta
Nahar
Yaşıl detoks, bişmiş yağsız ət
Qəlyanaltı
1 stəkan ananas suyu, ananas əlavə edilmiş az yağlı qatıq
Şam
Qızardılmış və ya qaynadılmış toyuq, ananaslı salat, ananas şirəsi.
Milli.Az