Maraqlı

Vitamin D çatışmayanda bədəndə ağrılar - Ostealgiya nədir?

19 Noyabr 2022 19:05
Baxış: 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Orqanizmdə vitamin əskikliyini sümüklərdəki simptomlar göstərir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim Vasilisa Ponomoryeva D əsklikliyinin səbəb olduğu ostealgiyadan danışıb.

"D əskikliyi zamanı ostealgiya ağrıları yaranır. Bu zaman xəstələr sümüklərində müəyyən dərəcədə, çox güclü olmayan, küt ağrılar hiss edir. Onlar bəbənlərinə, əzələlərə toxunanda da ağrı hiss etdiklərini deyirlər.

OStealgiya zamanı ağrı sanki sümüyün içindən sızıltılı kimi keçir. Amma bu simptomlar o qədər incə, nazik olur ki, pasiyent bunu ciddi qəbul etmir.

Eyni zamanda onlar gün boyu diskomfort hiss edir. Bir çox hallarda ağrılar revmatizmə bənzəyir. Bu zaman bəzi qan analizləri ilə yanaşı vitamin D də yoxlanmalıdır. Əgər o, kritik həddə azdırsa, o zaman ağrıların səbəbi ola bilər. Bu zaman həkim yüksək dozada vitamin D təyin edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.