Maraqlı

Beyindaxili travmatik qansızmalar

18 Oktyabr 2022 22:15
Baxış: 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Travma anında beyindaxili damarların cırılması və beyindaxili qan dövranının kəskin pozulması nəticəsində çox vaxt beyində qansızmalar və kontuziya ocaqları baş verir.Beyinə travmatik qansızmalar çox vaxt komatoz vəziyyətin kəskin inkişafı və kök pozulmaları ilə meydana çıxır.Bəzi hallarda baş gicəllənməsi fonunda ocaq əlamətləri qeyd olunur.Bəzən ateresklerozu olan yaşlı adamlarda baş verən insultla travma səbəbli baş verən qansızmaları ayırd eləmək çətin olur.Bəzi hallarda kəllə travmasından bir müddət sonra sağlam ürək-damar sistemi olan cavan adamlarda inlsulta bənzər beyindaxili qansızmalar şəklində meydana çıxır.
Beyindaxili qansızmalar ağır gedişə malik olur və çox vaxt ölümlə nəticələnir.
Xəstəliyə diaqnoz qoyan zaman beyin sarsılması və zədələnmənin vəziyyətinin ağırlaşması diqqətlə araşdırılmalıdır.Qansızmalı xəstələrin vəziyyəti travma nəticəsində əmələ gəlmiş zədənin ağırlığından və beyinin sarsılmasından asılıdır.
Diaqnozu qoymaq ciddi və ətraflı müayinə tələb edir.Müayinə zamanı xəstənin nisbi və qənaətbəxş vəziyyəti də nəzərə alınır.Ensofaloqramma,MTR və KT-in nəticələri müalicəni aparmaq üçün əsas sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.