Maraqlı

Facebook-da ən azı bir milyon istifadəçinin şəxsi məlumatları fırıldaqçıların əlinə keçə bilər

9 Oktyabr 2022 03:44
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" sosial şəbəkəsinin ən azı bir milyon istifadəçisinin şəxsi məlumatları fırıldaqçıların əlinə keçə bilər.

Milli.Az bildirir ki, mümkün bir sızma "Axios"a məlum olub.

Meta təhlükəsizlik komandası zərərsiz xidmətlər kimi təqdim olunan və Facebook istifadəçilərinin şəxsi məlumatlarını ələ keçirən 400-dən çox zərərli mobil proqramlar haqqında hesabat yayıb. Cinayətkarların əməllərindən ən azı bir milyon insanın zərər çəkdiyi bildirilib.

Şirkətdən verilən məlumata görə, fırıldaqçılar zərərli proqramlar yaradıb, onları məsələn, adi oyunlar və foto redaktorları kimi maskalayıb, sonra isə rəsmi proqram mağazalarında yerləşdiriblər. İstifadəçi belə bir proqramı quraşdırdıqdan sonra ondan Facebook hesabından istifadə edərək qeydiyyatdan keçməsi və ya daxil olması təklif olunub. İstifadəçi sonuncunu seçərsə, ondan sosial şəbəkədəki hesabından loqin və şifrəni daxil etməsi xahiş olunub. Nəticədə, bu məlumatlar tətbiqi yaradanların əlinə keçib və onlar qurbanın hesabına daxil ola bilərlər.

Meta şirkətinin kibertəhlükəsizlik üzrə direktoru David Aqranoviç bildirib ki, təhlükəsizlik komandası indiyədək məlumatlarının fırıldaqçılar tərəfindən əldə edildiyi Facebook istifadəçilərinin dəqiq sayını müəyyən edə bilməyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.