Maraqlı

Gecikdiyini görüb paraşütü ilə işlədiyi fabrikin həyətinə endi - VİDEO

4 Oktyabr 2022 08:48
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda mebel fabrikində işləyən fəhlə gecikəcəyini anlayınca iş yerinə paraşütlə gedib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kıranköy Yaylasından paraşütlə havaya qalxan Adem Keskin işlədiyi mebel fabrikinin bağçasına enib.

Uçuş zamanı özünü havadan videoya çəkən Keskin, "Bəli dostlar, Uludağdan çıxdım. 2 min 230 metrdən fabrikə uçuram" deyib.

Keskinin paraşütlə gəldiyini görən həmkarları onun enişini mobil telefonları ilə görüntüləyiblər. Bu anlar fabrikin təhlükəsizlik kameralarında da əks olunub.

Adem Keskin açıqlamasında 10 ildir ki, yamac paraşütü ilə peşəkar şəkildə maraqlandığını bildirib.

O, uzun müddətdir işə paraşütlə getməyi xəyal etdiyini deyib:

"Bu məqsədimə çatmaq üçün səhər saat 06:00-da Uludağa getdim və hazırlıqlarımı etdim. Uçaraq fabrikə gəldiyimi görən dostlarım çox təəccübləndilər. 30 dəqiqə havada qaldım, 30 kilometr getdim. Bağçaya düşəndə ​​alqışladılar, təbrik etdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.