Namaz qılmaq hamının vəzifəsidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi namaz qılmayan, Allahın əmrlərinə tabe olmayan şəxslər belə düşünürlər ki, namaz və s. dini əməlləri həyata keçirmək yalnız din xadimlərinin borcudur və namaz qılmayanların "qəlblərinin təmizliyi" (?) isə namaz qılıb, digər dini əməlləri icra etmədiyi hallarda belə kifayət edir.
İlk olaraq qeyd etmək lazımdır ki, namaz yalnız din xadimlərinə yox əksinə, bütün müsəlmanlara vacib edilmişdir. Çünki, hamı Allahın bəndəsidir və hamının Ona tabe olması və ibadət etməsi vacibdir.
Digər baxımdan, həqiqətən də qəlbləri saf və təmiz olan şəxslər Allaha baş əyir, namaz qılır və dini əmrləri fərəhlə yerinə yetirirlər.
İmam Sadiq (ə) İmam Əli ibn Hüseynin (ə) namaz qılması haqqında buyurur: "İmam Səccad (ə) namaz qılarkən gövdəli bir ağac kimi heç tərpənmirdi. Yalnız külək onun paltarlarını tərpədirdi". ("Kafi", c.3, səh. 300.)
Nəql edirlər ki, Həzrət (ə) o qədər namaz qılır, Allaha səcdə edirdi ki, alnı qabar bağlayırdı. Bu, məsumların qıldığı namazdır. Əgər Peyğəmbər (s) və imam övladı qəlbinin təmizliyinə yox, əksinə namaza bu qədər əhəmiyyət verirsə, digər şəxslər ibadətə daha ox vaxt sərf etməlidirlər.
Heç bir şəxsin qəlbi günah etmək, Allahın fərmanlarına boyun əyməməklə təmiz olmur. Çünki, hər bir günah bir qara ləkə kimi insanın qəlbinə həkk olur. Belə olduğu halda, itaətsizlik edən şəxsin qəlbi təmiz yox, qaralmış və daşlaşmış olur.
Böyük övliyalar, ariflər illərlə üzərlərində çalışır, hər bir dini əməli vaxtı-vaxtında yerinə yetirir, əxlaqlarına diqqət yetirirlər ki, qəlbləri dünya bağlılığından ayrılsın və namazın ləzzətini daha da yaxşı şəkildə duya bilsinlər. Amma, bəzilərinin heç nədən qəlblərinin təmizliyini iddia etməsi yalandan başqa bir şey deyil. Bir el məsəlində deyildiyi kimi, qabdan axan su onun içində olanıdır.
Ən təmiz qəlbli, sağlam düşüncəli, gözəl əxlaqlı insanlara - peyğəmbərlərə, məsum imamlara, övliyalara belə namaz qılıb, Allaha ibadət etmək vacib edilmişdir.
Allah Quranda peyğəmbərin ailəsinə xitab edərək buyurur: "Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin". ("Əhzab", 33.)
Beləliklə, bütün insanlar Allahın əmrlərini icra etməyə səfərbər olmalı və heç bir bəhanə gətirmədən sevimli məbudlarına ibadət etməlidirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
XƏBƏR LENTİ
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - (Foto)
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi





