Maraqlı

Uşaqlarda skolioz və yastıpəncəlilik - Nazirlik ekspertindən tövsiyə

8 Sentyabr 2022 21:35
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqları skolioz və yastıpəncəlikdən necə qorumaq olar?

"Uşaqlarda daha çox təsadüf olunan xəstəlik yastıpəncəlik, skoliozdur. Hazırda uşaqlar müxtəlif idman növləri ilə məşğul olurlar. Bəzən futbol oynayarkən sınıq halları olur, bununla bağlı da bizə müraciət edirlər".

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, fizioterapevt Təranə Məmmədova bu barədə danışıb.

Həkim valideynlərin övladlarının skoliozdan əziyyət çəkməməsi üçün atmalı olduğu addımları da deyib:

"Bəzən valideynlər ilkin dövrdə skoliozu müəyyən edə bilmirlər. Onlar övladlarının oturma və yerimə şəklinə, telefon və kompüterdən istifadə formasına nəzər salmalıdır. Yastıpəncəlik də uşaqlarda daha çox təsadüf olunur. Onun müalicəsində fizioterapevtik proseduraların tətbiqi mütləqdir. Müalicəvi bədən tərbiyəsi və masaj vacibdir. Həmin uşaqlar geniş ayaqqabılar geyinməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.