Heyvanların haqqı varmı?Son zamanlar bəşər bu qənaətə gəlib çatmışdır ki, bu dünyada haqqı olan varlıq tək insan deyildir. Belə ki, dağların, çayların, dənizlərin, bitkilərin və heyvanların da öz haqları vardır. Halbuki, İslam dini yüz illər bundan qabaq bu mühüm mövzuya işarə etmişdi.
Dini ədəbiyyatda insan haqqından çox söz açılmışdır. Ancaq din insan hüquqlarına bu qədər əhəmiyyət vermişdir. Ümumi olaraq haqlari iki hissəyə bölmək olar: aqil olmayan varlıqların hüququ. Bura bitkilər, heyvanlar daxildir. O biri hissə isə aqil olan varlıqların haqqı, yəni insanın.
İslamın nəzərinə görə hər bir varlığın özünəməxsus haqqı vardır. İnsanın haqqı başqaları ilə müqayisədə daha çoxdur. Başqa varlıqlar onun qüdrəti altında olduğu üçün insan gərək onların da haqqını qorusun. Ona görə də haqq sahibi təkcə insan deyildir. Onların bir hissəsi heyvanlara da aiddir.
Misallara müraciət edək. İmam Əli (ə) heyvanların hüququ haqqında buyurur: "Heyvanları elə çobana tapşırın ki, xeyirxah, mehriban, əmin və hafiz olsun, nəinki zalım.
Nə onları sürətlə otarsın və nə də yorsun. Nə zaman heyvanları əmin insana tapşırırsan, ona tövsiyə ver ki, dəvə ilə övladı arasında ayrılıq salmasın. Südünü sağmasın ki, övladına ziyan dəyməsin. Dəvəyə minən zaman ədalətə riayət edin.
Yorğun və yarası olan dəvə ki, əgər minsəniz əziyyət çəkər, halına riayət edin. Onlara yola çıxmamışdan qabaq su içizdirin. İki tərəfi ot olan yolda otsuz tərəfə çəkməyin. Dəvələrə istirahət etmək üçün fürsət verin.
Nə zaman suya və ota çatsanız, möhlət verin ki, ot yesin və su içsin. Allahın izni ilə bizim yanımıza gələndə gümrah olsunlar. Bu deyilənlərə əməl etmək böyük mükafata səbəb olar və sənin hidayətin olar".
Allah Təala bizləri haqları qoruyanlardan qərar versin.
Milli.Az