Maraqlı

Kimlərdə tromb riski yüksəkdir? - Həkim açıqladı

14 Avqust 2022 20:35
0 Şərh     Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar vaxtsız və qəfləti baş verən ölümlərin sayı artıb. Bunların əksəriyyəti tromblarla əlaqələndirilir. Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
Uzman həkimin sözlərinə görə, hərəkətli tromblar çox təhlükəlidir, çünki ürək yığılıb açıldıqda hərəkət edib beyinə, qarın orqanlarına, ağciyərlərə sıçraya bilirlər. Bu isə çox zaman ciddi fəsadla və ya ölümlə nəticələnə bilir.

Kimlərdə tromb riski yüksəkdir?

- artıq çəkili insanlar;
- az hərəkətli insanlar;
- sağlam həyat tərzi keçirməyən insanlar;
- ayaqlarına daha çox yük düşən insanlar;
- aşağı ətraflarda ortopedik, travmatoloji cərrahiyyə əməliyyatı keçirən insanlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.