Soyuq hava şəraiti və ya qrip kimi bir çox xəstəliklərdə dəri qurumağa başlayır.
Milli.Az Axşam.az-a istinadən üzünüzü nəmləndirəcək avokado maskanı təqdim edir.
Bir yemək qaşığı avokado püresi, 1 çay qaşığı bal, 1 çay qaşığı qaymaq və 1 ampul E vitaminini qarışdıraraq krem halına salın. Maskanı üzünüzdə 20 dəqiqə saxlayıb, daha sonra isə ilıq suyla dərinizi təmizləyin. Ardınca isə gül suyu ilə üzünüzü silin.
Milli.Az