İstirahətə 5 min ödəyib, şoka düşüblər: "Biz cəhənnəmdəyik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Britaniyadan olan həyat yoldaşları "Tui" turizm şirkətindən Karib dənizində tətillərini korladığı üçün onlara 5 min funt sterlinq qaytarmağı tələb ediblər.
Milli.Az bildirir ki, bu barədə "Ekspress" xəbər verir.
Doun və Devid Brettin dediyinə görə, onlar Aruba adasına səyahət etməyi xəyal ediblər və yığdıqları pulları iki həftəlik səyahətə xərcləyiblər. Lakin turistlər oteldə məskunlaşanda məlum olub ki, otelin yanında tikinti gedib. Eyni zamanda, təmir işləri bazar ertəsindən şənbə gününə qədər səhər saat yeddidən günorta dördə qədər davam edib. "Biz cəhənnəmdəyik. Tətilimiz boyu döyəclədilər və qazdılar. Hovuz kənarında belə dincələ bilmədik", - Doun bildirib.
Britaniyalı qeyd edib ki, o, sakitləşdirici və baş ağrısı dərmanları içməli olub. Onun sözlərinə görə, əri ilə birlikdə daha əvvəl yola düşəcəkmiş, lakin turizm agentliyi onları fikrindən daşındırıb.
Nəşrin məlumatına görə, indi həyat yoldaşları korlanmış məzuniyyət üçün pulun qaytarılmasını tələb edirlər. Lakin turizm agentliyi səyahətçilərə kiçik tikinti işləri ilə bağlı xəbərdarlıq edildiyini əsas gətirərək bundan imtina edib. İngilislər iddia edirlər ki, tikintinin miqyasını təsəvvür etsəydilər, heç vaxt bu otelə getməzdilər. Doun və Devid bir neçə il əvvəl yaxınlıqdakı oteldə dincəldiklərini və istirahətdən çox razı qaldıqlarını deyiblər.
İrfan Vəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
XƏBƏR LENTİ
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)





