Avqustun əsas makiyaj trendi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər.
Milli.Az xəbər verir ki, makiyaj artistlərinin sözlərinə görə, ağır makiyajlar yayda aktuallığını itirir, əvəzində dərinin təbii parıltısını vurğulayan yüngül makiyajlar dəbə minir. Ekspertlər dərinin təbii parıltısını sxlamaq üçün tonal kremlərdən ümumiyyətlə imtina etməyi tövsiyə edirlər. Nə qədər qəribə səslənsə də, parıldamayan dəri uzun müddətdir ki, artıq aktual deyil. Söhbət təkcə parladıcıların istifadəsindən getmir, Hollivud ulduzları demək olar ki, bütün üzdə qəsdən güclü parıltı effekti yaradırlar, sanki üzə yenicə masaj yağı çəkilib. Heyli Bieber və Bella Hadid parlaq makiyajı nəm saç stili ilə tamamlağı sevir. Beləliklə, görüntü daha ahəngdar görünür. Yay üçün bundan ideal makiyaj ola bilməz!
Gözəllik mütəxəssisləri parlaq makiyaj trendinə təəccüblənmirlər. Onlar bildirir ki, sağlam dəri "mat" olmamalıdır: o, özündən gələn işıq şüalarını əks etdirərək parlamalıdır. Bu, gənc dərinin əsas əlamətlərindən biridir. Dəri rəngi solğundursa, deməli, səthdəki ölü dəri işığın əks olunmasına mane olur. Həmçinin qırışlar, sallanmalar və digər yaşa bağlı dəyişikliklər də dərinin parlaqlığını azaldır. Amma siz bir çox vasitə ilə parlaqlığı qoruya bilərsiniz. Əlbəttə ki, parlaq təsirin əsas prinsipində ölü dəri hüceyrələrini aşındırmaq və bol nəmləndirmə vasitələri ilə ciddi qulluq dayanır. Bu, üzün yağlı və səliqəsiz deyil, sağlam parıltısına nail olmağa kömək edəcək.
Belə bir yay parıltısını yaratmaq üçün günəşdən qoruyucu kremlər əlbəttə ki, birinci sırada gəlir. Həmçinin parlaq effekt əks etdirən praymer, bronzerlər və maye halında olan parladıcılar da parlaq effekti gücləndirməyə kömək edəcək. Əgər üzün problemli nahiyələrindən narahatsınızsa, dərini kirşanlayıb, mat məhsulların üzərinə parlaq məhsullar çəkə bilərsiniz. Ya da əvvəlcədən yağ vəzilərinin fəaliyyətini azaldan bir primer istifadə edin. (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





