Maraqlı

Bu maskanı 10 gün üzünə qoydu, dərisində baş verən dəyişikliyə özü də inanmadı...

9 Avqust 2022 07:01
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kofe öz tərkibinə görə insanların qəlbini fəth edib. Tərkibində olan kofeinin əhval ruhiyəyə, dəriyə, soyuqdəymə əlamətlərinə və sellüid əleyhinə təsiri onu insanların ən yaxın dostuna çevirib. Kofedən hazırlanan maska isə üzün dərisinə inanılmaz gözəllik və tonus bəxş edir. Kofedən hazırlanan maska bütün növ dərilərə uyğun görülür və dəridə olan əksər problemlərin aradan qalxmasına yardım edir.
10 il əvvəldən kometik firmalar kofeini kosmetoloji vasitə kimi istifadə etməyə başladılar. Nəticəni gördükdə isə ona artan tələbatın ödənilməsi üçün kosmetoloji vasitələrdə kofedən daha çox istifadə etməyə başladırlar. Kofedən hazırlanan maska dərinin patoloji xəstəliklərinin azaltmaqla yanaşı onun cavanlaşmasına da səbəb olur. Bu maskanın ev şəraitində hazırlanması üçün isə aşağıdakılar lazımdır:

kofe dənələri - yarım stəkan
təbii kakao - yarım stəkan
süd - 1 stəkan
limon şirəsi - 1 xörək qaşığı
bal - 1 xörək qaşığı.
Kofe un halına düşənədək üyüdülür və bütün məhsullarla birlikdə qarışdırılır. Qarışım qatı olmalıdır. Buna görə də südü az-az əlavə etmək lazımdır.  Qarışımı üzə sürtdükdən sonra 20-25 dəqiq saxlanılır və ilıq su ilə yuyulur.
Hazırlanan maska soyuducuda saxlanılmalıdır. Saxlama müddəti isə 3 gündür. Müalicənin daha effektiv olmasını istəyitsinizsə o zaman maska qoymazdan əvvəl üzünüzü skrabla 1-2 dəqiqə yuyun, sonra maska yaxın. Gözlərin ətrafın maska qoymaq məsləhət görülmür.
Maskanın dəriyə hansı faydaları var?
* iltihabi prosesləri aradan qaldırır
* maska dərinin qan dövranını yaxılaşdırır
* üzü ölmüş toxumalardan təmizləyir  
* rəngini durulaşdırır
* antioksidant təsir göstərir
* sərbəst radikallara qarşı mübarizə aparır
* akne xəstəliyini müalicə edir
* dərini parıldadır
* dərini yumşaldır
* vitamin balansını ödəyir
* yağ balansını tənzimləyir
* təbii üsulla qulluq edir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.