Maraqlı

Şakira istintaqla əməkdaşlıqdan imtina edib

28 İyul 2022 08:12
0 Şərh     Baxış: 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyada maliyyə fırıldağında ittiham olunan kolumbiyalı müğənni Şakira Barselona prokurorluğu ilə əməkdaşlıqdan imtina edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, müğənni təqsirsiz olduğunu bildirərək işə Barselona məhkəməsində baxılmasını istəyir. Bununla belə, vəkillər məhkəməyədək prokurorluqla razılığa gəlmənin mümkün olduğunu bildiriblər. Prokurorluq isə işi hələ məhkəməyə göndərməyib.

Şakira mətbuata açıqlamasında bildirib ki, qastrollar zamanı əldə etdiyi gəlirdən İspaniyada 17,2 milyon avro vergi ödəyib və bu ölkəyə heç bir borcu yoxdur.

Prokurorluq isə məşhur müğənninin 2012-2014-cü illər üzrə 14,5 milyon avronu vergidən gizlətdiyini iddia edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.