Maraqlı

Sirrozda ağızdan qan gəlirmi? – Qaraciyər xəstəliyində damar problemi

4 Avqust 2022 23:45
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

50% qaraciyərin sirrozu xəstələrində mədə və qida borusunun vena damarlarının varikoz genişlənməsi baş verir. Qaraciyər sirrozunun ağır mərhələyə qədəm qoymasının bir əlaməti də ağızdan frontan qan gəlməsidir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xəstəliyindən xəbəri olmayan xəstələr çox vaxt bunu ağciyər və ya mədə qanaxması ilə səhv salır.

A tip sirroz xəstələrinin 40%, C tip sirrozunda 85%-də qida borusunun damar genişlənməsi olur. Ona görə sirroz xəstələrinin hamısı dinamikada ezofaqoqastroudoneskopiyadan keçirilməlidir.

Qida borusu venoz damarlarının qanaması nəticəsində ağızdan qan gəlməsi ilə yanaşı, qanlı qusma və qara nəcis də xarakterikdir.

Vaxtında xəstəxanaya çatdırılıb, qanaxma dayandırılmasa xəstə bu qanaxmadan ölə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.