Maraqlı

“Altıncı hissi” sayəsində milyon dollar qazandı

13 İyul 2022 12:07
0 Şərh     Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Şimali Karolina ştatının Berlington şəhər sakini intuisiya sayəsində lotereya bileti alıb və cekpot udub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 46 yaşlı Entoni Pinniks şəhər mağazalarından birində ani lotereya bileti alıb. O iddia edir ki, onu bu addımı atmağa "altıncı hissi" vadar edib.

"Məndə bu bileti almalı olduğuma dair güclü bir hiss var idi", - deyə o bildirib. Pinniks uduşunu tam şəkildə əldə etməyi seçib və 20 il ərzində hər il 50 min dollar (toplam 1 milyon dollar) almaq əvəzinə bir dəfəyə 426 min dollar alıb.

O, həyat yoldaşına yeni maşın almağı və pulun qalan hissəsini işə yatırmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.