Maraqlı

Naringinin faydaları

26 İyul 2022 08:31
0 Şərh     Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naringinin vətəni Cənub-Şərgi Asiyadır. Avropa və Amerikaya bu meyvə XVIII əsrdə Çinin cənub hissəsindən və Uzaq Şərqi Asiyadan gələn tacirlər tərəfindən gətrilmişdir.
Naringi ağacı qollu-budaqlı, geniş çətirli, hündürlüyü 2 metrdən 8 metrə qədər olan həmişəyaşıl bitkidir.
Naringinin lətində pektin maddələri, qlükozidlər, mineral duzlar, efir yağı, C, P, B vitaminləri, A vitamini, D vitamini, K vitamini var.
Təzə naringi qabığı mədə şirəsinin əmələ gəlməsini yaxşılaşdırır, qidanın həzm olunmasını stimullaşdırır, qusma, qarında ağrılar olduqda, diareya və bronxitlərin müalicəsində istifadə olunur, qurusu isə mərkəzi sinir sistemini sakitləşdirir, ağrıkəsici təsir müddətini uzadır.
Naringi şirəsi çox xeyirli diyetik və müalicəvi içkidir. Yüksək hərarət zamanı naringi şirəsi susuzluğu yatırır.
Qurudulmuş qabıqlarının suda dəmləmə və bişməsi bronxit və traxeitlər zamanı öskürəyi yumşaldır və bəlğəmgətirici təsir göstərir.
İshalla müşayiət olunan mədə-bağırsaq sistemi xəstəliklərində təzə naringi şirəsi çox xeyirlidir.
Naringi şirəsinin çox miqdarda və tez-tez qəbulu orqanizmi helmintlərdən (qurdlar) təmizləyir.
Naringi meyvələri orqanizmi qışda vitaminlərlə təmin edir. Onlar həmçinin C vitamini ilə zəngin olduğundan iştahanı və mübadilə proseslərini yaxşılaşdırır və sinqa əleyhinə təsir göstərir.
Naringinin qabığında olan efir yağları əhval-ruhiyyəni yaxşılaşdırır.
Şəkərli diabet zamanı naringi qabıqlarının dəmləməsi qanda səkərin miqdarını azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.