Feyxoa ən faydalı payız meyvələrindən biridir. Yod və C vitamini ilə zəngin olan feyxoa sağlamlığımıza çox böyük fayda verir.
Lakin bəzi xəstəlik və pozulmalar zamanı feyxoanın istehlakı təhlükəli oal bilər. Bu xüsusilə hipertireoz xəstələrinə aiddir.
Hipertireoz zamanı qalxanvari vəzin fəaliyyəti artır ki, bu da orqanizmdə müxtəlif pozulmlara səbəb olur. Yod qalxanvari vəzinin yaxşı işləməsi üçün əsas maddədir. Lakin hipertireozdan əziyyət çəkənlər üçün yodla zəngin olan feyxoanın qəbulu ziyanlıdır və onların vəziyyətini daha da ağırlaşdıra bilər.
Saglamolun.az bildirir ki, bəzi insanlarda yoda qarşı hiperhəssaslıq var. Bu insanlar da feyxoadan uzaq durmalıdır.
C vitamininə allergiyası olan şəxslərdə feyxoanın istehlakı allergiyaya səbəb ola bilər.
Həmçinin feyxoanın çoxlu miqdarda istehlakı qarın ağrısı, köp, həzmsizliyə səbəb ola bilər.
Milli.Az