Maraqlı

Qanazlığının 10 YAYILMIŞ ƏLAMƏTİ. Özünüzü yoxlayın!

5 İyul 2022 22:01
0 Şərh     Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adətən qanazlığı (anemiya) qanda hemoqlobin zülalının müxtəlif səbəblərə görə aşağı düşməsi nəticəsində inkişaf edir.

Hemoqlobin orqan və toxumalara həyati vacib oksigeni daşıyır və bu səbəbdən hemoqlobinin səviyyəsinin düşməsi orqanizmdə oksigen çatışmazlığına gətirib çıxardır. Bu isə öz növbəsində müxtəlif pozulmalara səbəb olur.

Saglamolun.az bildirir ki, qanazlığının əsas simptomları bunlardır:

- quru və solğun dəri, dodaqların qıraqlarında çatlar

- dırnaqların kövrək olması, tez-tez qırılması

- saçların gec uzanması, zəif olması, tökülməsi

- səbəbsiz zəiflik və yorğunluq, yuxululuq

- tez-tez təkrarlanan baş ağrıları

- aşağı təzyiq

- ürək döyüntüsünün artması

- iştahasızlıq

- immun sisteminin zəiflənməsi, tez-tez təkrarlanan soyuqdəymə və virus xəstəlikləri

- bədən hərarətinin səbəbsiz olaraq 37,5 C qədər qalxması.

Nəzərə almaq lazımdır ki, bəzən hemoqlobinin aşağı olması simptomsuz keçə bilər. Bu səbəbdən həkimlər profilaktik olaraq qan analizlərini verməyi tövsiyə edirlər.

Hemoqalobin norması:

Kişilər üçün: 130-140 q/l

Qadınlar üçün: 120-140 q/l

Hamilə qadınlar üçün: 110 q/l

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.