Quranın nəzərində insanın dəyəri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şübhəsiz ki, insan varlıq aləminin fövqəladə bir məxluqudur. İnsanın haqqında çox sayda söz eşitmişik. Ancaq insanın dəyərini hamıdan çox onu Yaradan bilir. Ona görə də Qurana müraciət edək və Xaliqin biz insanlara verdiyi dəyərləri öyrənməyə çalışaq.
1. Allahın canişini.
"Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: "Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam"". ("Bəqərə" 30).
"Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur". ("Ənam" 165).
Bu ayələr insanın varlıq aləmindəki ən mühüm məxluq olduğunu isbat edir. Yəni, Allahın canişini elan edir. Ona görə də insan dəyərini bilməli və özünü Allahın canişini kimi aparmalıdır. Nəinki zəlil və xar kimi.
2. Mələklərin müəllimi.
"Allah buyurdu: "Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver". Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: "Sizə demədimmi ki, həqiqətən Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!"". ("Bəqərə" 33).
3. Allahı axtarmaq fitri hissi.
"O zaman sənin Rəbbin Adəm övladlarından - onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: "Mən sizin Rəbbiniz deyiləmmi?" (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: "Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik" dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü "biz bundan (tovhid və rübubiyyətdən) qafil idik" deyəsiniz". ("Əraf" 172).
İnsan fitri olaraq Allahpərəstliyə meyl edər. Çünki bu onun fitrətinə və zatına qoyulmuş sifətdir.
4. Maddə və məna aləminin məcunu.
"Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli "məhv və isbat" lövhəsində yazıb, qəti əcəl isə "Lövhi-Məhfuz"dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz". ("Ənam" 2).
"Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!" ("Hicr" 29).
5. İnsan seçim edəndir.
"Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi". ("Əhzab" 72).
Bu ayə insanın seçim etmək qabiliyyətinə malik olduğunu sübut edir. Yəni, insan təhlükəli bir işə əl ataraq onun nəticəsini düşünmədiyi üçün zalım adlandırılmışdır.
6. Ancaq Allahla aram olar.
"O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).
7. Allaha qovuşmaq istəyi.
"Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan". ("İnşiqaq" 6).
8. Bütün nemətlər insan üçündür.
"Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir". ("Bəqərə" 29).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
XƏBƏR LENTİ
-
Sənə ayıb olsun!
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı





