Qiyamət belə başlayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəbrin savab və əzabı o zamana qədər davam edər ki, böyük Qiyamət bərpa olar. Yer üzündə qəribə bir hadisə baş verəcəkdir. Yer və göy titrəməyə başlayacaqdır. Bütün canlılar məhv olacaq, varlıq aləminin nizamı dəyişəcəkdir.
Bir müddətdən sonra isə, Qiyamət bərpa olmamışdan əvvəl bu inqilabdan da qəribə bir inqilab baş verəcəkdir. Bütün canlılar Allah dərgahında hazır olacaqlar.
Bu iki böyük hadisə Allahın yaxın mələklərindən olan İsrafil (ə) tərəfindən icra ediləcəkdir. Birinci hadisə zamanı dünya məhv olacaqdır. Ancaq ikinci hadisə zamanı isə insanlar qəbirlərindən çıxacaqlar. Bu barədə gələn ayələrə nəzər salaq:
"Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır". ("İsra" 58).
"Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır". ("Rəhman" 26-27).
"Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!" ("Ənkəbut" 57).
"(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər." ("Nəml" 87).
"Siz ondan (dünyaya gəlib yaşadıqdan) sonra mütləq öləcəksiniz.Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız". ("Muminun" 15-16).
"Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər)". ("Zumər" 68).
"Bir-birlərilə (öz dünya işləri barədə) çəkişdikləri halda onları yaxalayacaq yalnız (səmavi) bir bağırtının (hamının ölümü ilə nəticələnəcək surun birinci dəfə üfürülməsinin) intizarındadırlar.(Bu zaman) nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də öz adamlarının yanına qayıda bilərlər. (Bir anda yer üzündə olan hər bir insan və ümumiyyətlə hər bir canlı yerindəcə ölər). Sura (ikinci dəfə) üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər". ("Yasin" 49-51).
"O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər). Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir)". ("Naziat" 6-7).
Qiyamət gələn zaman bərzəx həyatı sona çatacaqdır. Birinci Qiyamət ilə ikinci Qiyamət arasındakı fasilənin bəziləri 40 il, bəziləri 400 il çəkəcəyini ehtimal edirlər. Bu fasilədə həm bərzəxdə və həm də dünyada olan insanların hamısı öləcəkdir. Hər yerdə sükut hakim olacaqdır. Hətta Allahın ən yaxın mələkləri olan: Cəbaril (ə), Mikayil (ə), İsrafil (ə) və Əzrayil (ə) də tədricən öləcəklər.
İmam Sadiq (ə) bu haqda buyurur: "O zaman ki, Allah dünya əhlini öldürəcəkdir, onun ardınca səma əhli də tədricən öləcəkdir. Sonra növbə İlahi mələklər olan: Mikayilə (ə), Cəbrayilə (ə), İsrafil (ə) və Əzrayilə (ə) çatacaqdır. O zaman ki, Allah bütün məxluqlarını öldürəcək, o zaman buyurar: Zalımlar haradadır? Müşriklər haradadır? Təkəbbürlülər haradadır? (Məni inkar edirdilər)".
Əllamə Təbatəbai bu haqda buyurur: "Şeypurun hekayəsi, o şeypurun hekayəsidir ki, orduda döyüş üçün istifadə edilərdi. Birinci dəfədə hamı sakit olar, hərəkət üçün hazırlaşarlar. Sonra isə ikinci dəfə şeypur çalan zaman hamı qalxar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Aşk ve taht" final edir
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
XƏBƏR LENTİ
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq





