Maraqlı

Dünyanın ən böyük viski şüşəsi satıldı

31 May 2022 11:45
0 Şərh     Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Edinburqda dünyanın ən böyük viski şüşəsi "Lyon & Turnbull" hərracında 1,1 milyon funta satılıb.

Onun hündürlüyü təxminən 180 sm, həcmi 311 litrdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 32 illik "Macallan" skotçunun alıcısı anonim qalmağı tərcih edib.

Qeyd edək ki, şüşəyə "Qorxmaz" adı verilib. O, 11 tədqiqatçı və novatorun nailiyyətlərinə həsr olunub. Həmin şəxslərin portretləri içkinin etiketinə həkk olunub.

Layihənin müəllifi investor Daniel Monkdur. O, dünyanın ən böyük viski şüşəsini mərhum atasının şərəfinə yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.