Maraqlı

İntihar fikrinə düşən gənclər yardım üçün bu nömrəyə zəng etsin – DİQQƏT!

8 May 2022 20:05
0 Şərh     Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son 2 ildə hər gün gənc insanların, yeniyetmə və məktəblilərin intihar xəbərləri gündəmi zəbt edir.

Xüsusən yeniyetmə qızlar bəzən elə də müşkül olmayan səbəbdən özünü hündürlükdən atır, psixoloji olaraq toparlana bilmir.

Bəs bu uşaqların son anda intihar həddində yardım üçün harasa müraciət etmək, psixoloq, psixiatr yardımı almaq imkanı varmı? Dövlət belə bir şərait yaradıbmı? Bunun üçün xüsusi klinika, qurum varmı?
Depressiyada olan, hər hansı çətinliyi olan şəxslər Sosial Xidmətlər Agentliyinin "Qayğı" Çağrı mərkəzinin qaynar xəttinə zəng edərək - 116 123 nömrəsini yığmalı, daha sonra onlayn pxisoloq xidmətindən yararlanmaq üçün 4 düyməsini basmaq lazımdır.

Bu mərkəzdə psixoloq və mütəxəssislər dəstəyə ehtiyacı olan insana dəstək göstəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.