Maraqlı

Alimlər hüceyrələri cavanlaşdırmağın yolunu tapıblar

30 Aprel 2022 18:00
0 Şərh     Baxış: 1 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Babraham İnstitutunun tədqiqatçıları insan dərisini 30 il cavanlaşdıran üsul icad ediblər. Alimlər əsas funksiyalarını itirmədən hüceyrələrin qocalmasının qarşısını ala bilməyə nail olublar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssislərin köhnə hüceyrələrin funksiyalarını bərpa etdikləri, həmçinin bioloji yaşın molekulyar göstəricilərini daha "gənc" vəziyyətə gətirdikləri bildirilir. Buna əsas hüceyrə fəaliyyətinin saxlanması və hüceyrələrin yenidən proqramlaşdırılması arasında balansın qorunması sayəsində nail olunduğu qeyd olunur.

Alimlər epigenetik DNT nişanlarının cəminə və hüceyrə tərəfindən sintez edilən bütün genlərin cəminə əsaslanaraq, yenidən proqramlaşdırma həyata keçiriblər. Aydın olub ki, belə hüceyrələr öz bioloji yaşından 30 il daha gəncdir. Bu kəşf isə yeni terapevtik imkanlar açır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.