Rusiyanın Birinci kanalı "Сегодня вечером" verilişinin aparıcısı, şoumen Maksim Qalkinlə bağlı qərarını verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Maksim proqramın aparıcısı vəzifəsindən kənarlaşdırılıb.
Veriliş uzun fasilədən sonra mayda efirə veriləcək. Maksimin yerinə isə göstərilən namizədlər arasında Aleksandr Oleşko, Nonna Qrişaeva, Dmitri Borisov, Vyaçeslav Manuçarov kimi adlar var.
Proqramın iki və ya daha çox aparıcı ilə təqdim edilməsi istisna edilmir.
Xatırladaq ki, Maksimin sözügedən kanalda daha bir layihəsi - "Лучше всех" adlı uşaq şousu da var.
Qeyd edək ki, şoumen hazırda həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova və övladları ilə İsraildə yaşayır.
Milli.Az