Maraqlı

İlon Mask “Twitter”ə illərdir tələb olunan funksiyanı əlavə etməyi düşünür - FOTO

6 Aprel 2022 12:12
0 Şərh     Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Twitter"in ən böyük səhmdarlarına çevrilən və tezliklə Direktorlar Şurasının tərkibinə daxil olacaq milyarder İlon Mask "Twitter"ə illərdir tələb olunan funksiyanı əlavə etməyi düşünür.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, artıq "tvit"lərin redaktəsi mümkün ola bilər.

Bunula bağlı sahibkar sosial şəbəkədə sorğu keçirib.

"Düzəliş düyməsini istəyirsinizmi?" sorğusunda əksəriyyət "bəli" cavabını verib.

"Twitter"in hazırkı Baş direktoru Maskın "tviti"ni paylaşaraq, bu sorğunun nəticələrinin əhəmiyyətli olacağını bildirib.

Qeyd edək ki, "tvit"ə redaktə funksiyasını əlavə etmək illərdir məhək daşına çevrilib. Bəzi istifadəçilər belə bir opsiyanın uyğunlaşdırılması ideyasını dəstəklədi, bəziləri isə qarşı çıxıb. 2020-ci ildə "Twitter"in həmtəsisçisi və o zamankı icraçı direktoru Cek Dorsi bu sosial şəbəkədə ehtimal ki, heç bir zaman  redaktə düyməsini əlavə etməyəcəyini demişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.