Maraqlı

Xroniki böyrək xəstələrində müşahidə olunan dəri problemlərinin ev şəraitində müalicəsi ÜSULLARI

27 Mart 2022 20:25
0 Şərh     Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nefroloq Barat Yusubov xroniki böyrək xəstələrində müşahidə olunan dəri problemlərinin ev şəraitində müalicəsi üsullarını açıqlayıb.

Aztibb.az həmin tövsiyələri təqdim edir:
- Dəridə quruluğu artıran və dərinin həssaslığını oyadan faktorlardan uzaq olmaq;

- Çox isti və ya çox soyuq ortamlardan uzaq olmaq;

- İlıq su ilə və qısa müddətli vanna qəbul etmək və yuyunmaq;

- Dərini daha az qurudan sabunlardan istifadə etmək ( Dove, Sebamed, Neutrogena, Eubos);

- Nəmləndirici və yumuşaldıcı kremlərdən istifadə etmək (duş qəbulu zamanı və sonra): Bu zaman törə və laktik turşu tərkibli nəmləndiricilər yararlı ola bilər. Xüsusilə də çimdikdən sonra nəmli dəriyə çəkilən bu vasitələr nəmi dəriyə hopdurma qabiliyyətinə malik olur.

Bu məqsədlə istifadə olunan nəmləndiricilər aşağıdakılardır:

- Salmandol (vanna üçün tibbi yağ )

- Nutraplus 10% losyon

- Exsipial Hydro 2% emulsiya və s. Bu vasitələr yalnız həkim göstərişi əsasında istifadə edilməlidir.

Günəşdən qorunma: Günəşdən dərini qorumaq üçün buna uyğun geyimlər, və gündən qoruyucu vasitələr seçilməlidir.

Tez-tez özünü (dərini) müayinə etmək mütləqdir: Dəridə əmələ gələ biləcək infeskiya, allergik reaksiyalar və dəri xərçənginin erkən təyini çox vacibdir.

Bu səbəbdən dəridə hər hansı bir problem aşkarladıqda mütləq həkimə müraciət edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.