Maraqlı

Bu qidanı həyatınızdan birdəfəlik çıxarın - Kardioloq

19 Mart 2022 20:05
0 Şərh     Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kardioloq Anna Koreneviç insanlara imtina etməli olduqları qidanı açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ürək damarlarını tıxanayn xolesterin kərə yağında daha çox oduğu üçün bir çox xəstələr zeytuna, spled yağa keçir. Bunu bəzən həkimlər də tövsiyə edir.

Kərə yağına analoq olan süni spred yağ süddən və bitki yağlarının qarışımından hazırlanır.
Əvəzedici yağın yağlılıq dərəcəsi 39% olur.

Kardioloq Anna Koreneviç öz kanalında ürək-damar xəstələri və qanında xolesterin yüksək olanlara spred yağ yeməyi qadağan edib.
"Bu tamamilə faydasız yağdır. Spred yağ mahiyyət etibari ilə transyağdır, bu yağ kərə yağından dəfələrlə zərərlidir.

Ümumiyyətlə, trans yağ, yağ əvəzedicisi və spredi həyatınızdan çıxarın.

Eləcə də yarımfabrikatlar, tərkibində spred yağ olan qidaları da yeməyin. Adətən belə qidalar daha ucuz olur. Bunun əvəzində 10 qram təmiz fermer kərə yağı yemək daha məsləhətdir.

Qeyd edək ki, spred yağlar marketlərdə kifayət qədərdir, bu yağlarda bitki və süd yağları qarışdırılır. Yağların üzərində spled spred sözlərinə rast gələ bilərsiz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.