Maraqlı

Mobil oyun pensiyaçını oğrulardan xilas etdi

12 Fevral 2022 14:18
0 Şərh     Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naməlum şəxs tərəfindən girov saxlanılan 80 yaşlı Çikaqo sakini Denis Holt məşhur "Wordle" oyunu sayəsində xilas edilib.

Gecə saatlarında qayçı ilə silahlanmış çılpaq şəxs pəncərəni sındıraraq pensiyaçının evinə daxil olub. Ev sahibini zirzəmidəki vanna otağına bağladıqdan sonra cani Holtu özü ilə çimməyə məcbur edib, telefon kabelini kəsib və smartfonunu əlindən alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,qocanın böyük qızı anasından gündəlik "Wordle" tapmacasının cavabını almadıqda şübhələnib. O, polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları evə girən tutublar. Məlum olub ki, o, Denisi 17 saat əsarətdə saxlayıb.

Polis saxlanılan 32 yaşlı Ceyms Devisin psixi sağlamlıq problemlərinin olduğunu və bir neçə dəfə məhkum olunduğunu bildirib. O, bıçaqlı hücum, adam oğurluğu və polis əməkdaşına hücum etməkdə ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.