Maraqlı

Adi duz koronavirusla mübarizədə yardım edir

17 Fevral 2022 07:11
1 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Səhiyyə Nazirliyi koronavirusla mübarizədə adi xörək duzundan istifadə etməyi tövsiyyə edir.

Nazirliyin mütəxəssisləri bildirir ki, duzlu su ilə burunun selikli qişasını nəmləndirmək çox yaxşı profilaktik təsir edir.

Duzlu su antiseptik təsir edir və həmçinin selikli qişalarının funksiyalarını bərpa edir. Selikli qişaların nəm olması çox vacibdir. Yalnız bu halda onlar bizi virus və mikrobların orqanizmə düşməsindən qoruya bilir.

Həmçinin həkimlər çöldən evə qayıdanda duzlu su ilə boğazı yumağı da tövsiyə edirlər. Bu virusları mexiniki olaraq yuyub aparır, onların yayılmasının qarşısını alır.

1 l qaynanmış suya 1 ç.q. adi xörək duzu əlavə edin, qarışdırılır (duz tam əriməlidir) və gün ərzində ehtiyac olduğu hallarda istifadə edin. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.