BMW 4 və 8 Series kupe və kabrioletlərini bir ailədə birləşdirəcəklər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BMW şirkətinin növbəti dəfə model nomenklaturasını dəyişəcəyi barədə məlumat peyda olub. Yeni məlumata əsasən, alman istehsalçısı 4 və 8 seriyalarından olan kupe və kabrioletləri 6 seriyada birləşdirəcək. BMW AG direktorlar şurasının üzvü Frank Veberin bildirdiyinə görə, 6 seriyaya Neue Klasse modul platformasında inşa ediləcək modellər daxil olacaqlar. Yeganə istisna 8 Series Gran Coupe modeli təşkil edəcəkdir - böyük ehtimalla, sedan 7 Series xəttinin tərkib hissəsi olacaqdır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, elektrikləşmə və alıcıların istəklərinin dəyişməsi avtomobil istehsalçılarını model xətlərini sadələşdirməyə, habelə o qədər də populyar və əlverişli olmayan modelləri ixtisara salmağa məcbur edir. Məsələn, gələcəkdə Mercedes-Benz CLE modeli C-Class və E-Class kupe və kabrioletlərini əvəzləyəcəkdir, BMW isə, 4 və 8 seriyalarını yeni-köhnə 6 seriyada birləşdirəcəkdir. Avstraliyanın WichCar nəşrinin məlumatlarına görə, 6 Series GT hetçbekini Neue Klasse modul platformasında inşa edilmiş yeni avtomobillər əvəzləyəcəklər.
Bu arxitektura elektrik, hibrid və hidrogen güc qurğuları üçün optimallaşdırılıb, odur ki, mühərrik seçimi geniş ola bilər. Üstəlik, BMW daxili yanma mühərriklərindən imtina etmək fikrində deyil və hətta, sərt Euro-7 normalarına cavab verəcək növbəti nəsil mühərriklər üzərində işləyir. Böyük ehtimalla, yeni "altılıqlar" formatı dəyişəcəklər, lakin yeganə məlum olan bu birləşmənin 8 Series Gran Coupe modelinə təsir etməyəcəyidir - bu model adi 7 Series sedanına dəbli alternativ olacaqdır.
Veber müsahibəsində elektrikləşdirmənin M modelləri də daxil olmaqla bütün model cərgəsinə şamil ediləcəyini də söyləyib. Bundan əlavə, şirkət hazırki M4 modelinin elektrik varisi barədə də düşünməyə davam edir. Nəhayət, i Vision Circular konsepti i3 modelinin varisinin seriyaya gedəcəyini vəd etmir, lakin bu konseptdə tətbiq edilmiş ideyalardan gələcək seriya avtomobillərində istifadə oluna bilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)





