Maraqlı

Bu məhsullardan imtina etdi, baş ağrılarından xilas oldu

10 Fevral 2022 03:44
0 Şərh     Baxış: 2 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

4 uşaq anası 55-yaşlı İngiltərə sakini Treysi Riçardson 5 il ərzində şiddətli baş ağrılarından əziyyət çəkirdi.

Saglamolun.az medikforum-a istinadla xəbər verir ki, qadın müxtəlif dərmanlardan istifadə edirdi, lakin onlar ona kömək etmirdi. Bəzən ağrı o dərəcədə güclü idi ki, qadın yataqdan belə qalxa bilmirdi. Bəzi aylarda qadın 20 gün ərzində ağrılardan əziyyət çəkirdi.

Uzun müddət ərzində Treysi belə hesab edirdi ki, miqrenin səbəbi klimaksdır.

Qadın müxtəlif müayinələrdən və o cümlədən qida allergiyası testindən keçdi. Məlum olub ki, Treysinin orqanizmi yumurta, süd, maya, qlüten (biz çox taxlıların tərkibində olan maddə), keşyu və günəbaxana həssasdır.  

Treysi qidalanmanı dəyişib bu məhsullardan imtina etdi. Bir müddət sonra qadının vəziyyəti xeyli yaxşılaşıb və daha sonra qadın baş ağrılarından xilas olunub.

Bu vaxta qədər miqrenin səbəbi məlum deyil. Belə hesab olunur ki, onun səbəbi beyinin anomal aktivliyidir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.