Maraqlı

“Apple”ın gəliri rekord həddə çatdı

30 Yanvar 2022 21:05
0 Şərh     Baxış: 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkətinin gəlirləri təchizat zəncirindəki çətinliklərə baxmayaraq, illik müqayisədə 11 faiz artıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, texnologiya nəhəngi 2022-ci ilin ilk rübündə satışlardan 123,9 milyard dollar gəlir əldə edib.

"Apple" bu dövr əzində  məhsul satışından 104,4 milyard dollar və xidmətlərdən 19,5 milyard dollar qazanıb. Məhsul kateqoriyaları üzrə göstəricilərə nəzər saldıqda, şirkət, "iPhone" satışlarından 71,6 mlrd. dollar, "Mac"dan 10,8 mlrd. dollar, "iPad"dan 7,2 milyard dollar, geyilə bilən əşyalar və ev aksesuarlarının satışından isə 14,7 milyard dollar gəlir əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.