Maraqlı

İntihar edən qızın anası bu şirkətləri məhkəməyə verdi

25 Yanvar 2022 23:05
0 Şərh     Baxış: 1 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da intihar edən 11 yaşlı Selenanın anası Tammi Rodrigez sosial şəbəkə platformalarındən şikayət edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Rodrigez San-Fransisko Federal Məhkəməsinə müraciət edərək "Meta" və "Snap" şirkətlərini məhkəməyə verib.  

O, qızının depressiya, yuxu, qidalanma problemləri və özünə zərər vermə kimi vərdiş və pozğunluqlarının "Instagram" və "Snapchat"dan istifadə etdikdən sonra ortaya çıxdığını bildirib.

"Snap" rəsmiləri məsələ ilə bağlı bunları deyib: "Selenanın ölümündən çox kədərlənirik və ailəsinə başsağlığı veririk. Cəmiyyətimizin sağlamlığından daha vacib heç nə yoxdur".

"Meta" şirkəti isə mövzu ilə əlaqədar heç bir açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.