Maraqlı

Alma sirkəsinin köməyi ilə nəcə arıqlamaq olar?

1 Fevral 2022 23:15
0 Şərh     Baxış: 2 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır. Bunu elm də sübut edib.

Belə ki, Arizona Universiteti (ABŞ ) alimləri aşkar ediblər ki, alma sirkəsi həqiqətən piy hüceyrələrinə təsir edir, onların parçalanmasını sürətləndirir, iştahanı azaldır. Məhz bu səbəbdən qidalanmaya az miqdarda alma sirkəsini əlavə etməklə daha tez və asan arıqlamaq mümkündür.

Bundan əlavə alma sirkəsi qanda xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir və möhkəmləndirir. Bu isə ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Saglamolun.az xəbər verir ki, alma sirkəsi həmçinin qanda şəkərin də səviyyəsini tənzimləməyə kömək edir.

Mütəxəssislər arıqlamaq məqsədi ilə gündə 3 dəfə 1 desert qaşığı alma sirkəsi əlavə olunmuş 1 stəkan su qəbul etməyi tövsiyə edirlər. Bu suyu yeməkdən 10-15 dəqiqə əvvəl içmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.